XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Cüdoçularımız Avropa kubokuna üç medalla başladılar
İdman 00:13 / 09.03.2025

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.


776 oxunub

InvestAZ