Almaniya Bundesliqasında 25-ci turun oyunları davam edir. Bu gün çempionatda ikinci sırada yer alan "Bayer Leverkuzen” klubu doğma divarlar arasında "Verder Bremen”lə qarşılaşıb. Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. "Bayer" klubu hazırda 53 xalla ikinci, "Verder Bremen" komandas isə 33 xalla 12-ci yerdə qərarlaşıb.