Almaniya Bundesliqasında 25-ci turunun oyunları davam edir. İkinci oyun günündə çempionatın lideri Münxenin "Bavariya” klubu doğma meydanda gözlənilmədən bu mövsümün ən zəiflərindən olan "Boxum”a uduzub. Münxenlilər ilk hissəni 2:1 hesabı ilə üstün başa vursalar da, fasilədən sonra iki top buraxaraq oyunda məğlub olublar – 2:3.
Bundesliqaya 61 xalla "Bavariya” liderlik edir.