XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



İki güləşçimiz Avropa çempionatının finalında
İdman 23:44 / 08.03.2025

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.

Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kq) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla güləşəcək.


754 oxunub

InvestAZ