XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



“Zirə”dən yeni transfer
İdman 18:32 / 08.03.2025

"Zirə” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, "qartallar" Rikardo Martins Gimaraynş "Quima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.


633 oxunub

InvestAZ