Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma keçiriləcək.
Günün yeganə matçı "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan"la "Qarabağ" arasında olacaq. Saat 19:00-da başlayacaq mərkəzi görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda turnir cədvəlində "Qarabağ" 60 xalla liderdir. "Araz-Naxçıvan" isə 46 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXVI turun digər dörd oyunu martın 9-10-da keçiriləcək.