XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Media nümayəndələri güllə atıcılığı yarışında bir araya gəliblər
İdman 17:48 / 08.03.2025

"İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə media nümayəndələri arasında güllə atıcılığı yarışı keçirilib.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda ümumi 46 idman jurnalisti (40 kişi, 6 qadın) mübarizə aparıb. Qadınların yarışında Fatimə Matveyeva (AZƏRTAC) birinci olub. Tünzalə Rəhmanova (CBC Sport TV) ikinci, ⁠Göyçək Mahmudlu (AZƏRTAC) isə üçüncü pillədə qərarlaşıblar. Kişilərin yarışında Gəray Qiyasov (Real TV) birinci yerə layiq görülüb. Sakit Tağıyev (ARB24 TV) və Anar Həsənov (Oxu.az) müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.

Sonda qaliblər mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim ediblər.


647 oxunub

InvestAZ