XƏBƏR LENTİ
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub
İdman 22:42 / 08.03.2025

Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış Sumqayıtda keçirilib. Yarışda Sumqayıt idmançılari ilə yanaşı, Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib. 2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutublar.

Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ilə Mehri Aslanzadə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub.


650 oxunub

InvestAZ