XƏBƏR LENTİ
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Azərbaycan parataekvondoçusu Antalyada bürünc medal qazandı
İdman 00:35 / 09.02.2025

Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kq) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindənverilən məlumata görə, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.



1889 oxunub

InvestAZ