XƏBƏR LENTİ
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025
18 Dekabr 2025
17 Dekabr 2025



IBA-nın Texniki Komitəsinin keçmiş sədri Azərbaycana gəlib
İdman 16:40 / 12.12.2024

Beynəlxalq Boks Assosiasiyasının (IBA) Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ABŞ-dən olan mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçiləri və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.

Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımi təlimatlar verilib.

Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.

Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-si aralığında kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.


17171 oxunub

InvestAZ