XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər
İdman 11:56 / 10.10.2024

Sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək. Üç gün davam edəcək yarışda 29 ölkədən 221 (152 kişi, 69 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan komandası yarışda8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçularımız yarış böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. Qadınların mübarizəsində təmsilçilərimizdən Leyla Əliyeva (-48 kq) vəAcelya Toprak (-57 kq) tatami üzərinə çıxacaq. Komandamızkişilərin yarışında isəBalabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi -60 kq),Ruslan Paşayev,Rəşad Yelkiyev(hər ikisi -66 kq),Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi -73kq),Zelim Tçkayev,Ömər Rəcəbli (hər ikisi -81 kq),Murad Fətiyev, Musa Hüseynli (hər ikisi -90 kq),İmran Yusifov vəUşanqi Kokauri (hər ikisi+100 kq) ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.



1018 oxunub

InvestAZ