XƏBƏR LENTİ
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
02 Dekabr 2019
01 Dekabr 2019
30 Noyabr 2019
29 Noyabr 2019
28 Noyabr 2019
27 Noyabr 2019



Olimpiya Hərəkatının problemləri müzakirə olunub
Olimpiya Hərəkatı 13:49 / 27.06.2019

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İsveçrənin Lozanna şəhərində keçirilmiş sessiyasında 2026-cı ildə Olimpiya paytaxtının seçilməsi, növbəti Oyunların yerinin müəyyən edilməsi prosedurasının dəyişdirilməsi, boks idman növü üzrə yaranmış mürəkkəb vəziyyət, Rusiya idmanında dopinq qalmaqalı məsələləri müzakirə olunub.
BOK-un 134-cü sessiyasında qəbul edilən ən mühüm qərar İtaliyanın Milan və Kortina-d”Ampetso şəhərlərinin 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsidir. Bu mübarizədə italiyalılar yeganə rəqibləri olan İsveçin Stokholm şəhərini geridə qoyublar.
Bundan başqa, BOK Olimpiya Xartiyasına da düzəlişlər edib. Bundan sonra Olimpiya Oyunlarının keçiriləcəyi yerin müəyyən edilməsi müddəti 7 il olmayacaq. Təşkilat artıq iki dəfə bu yeni praktikadan istifadə edib və 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının keçiriləcəyi yeri yeni qaydalarla müəyyən edib. Olimpiya Xartiyasından yarışların məhz Olimpiya paytaxtında keçirilməsi ilə bağlı maddə də çıxarılıb və BOK bundan sonra əsas meyar kimi infrastruktur obyektlərinin səviyyəsini əsas götürəcək.
Sessiyada Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin dopinq qalmaqalının rusiyalı idmançılar üçün acınacaqlı nəticələr doğurduğu ilə bağlı narahatlığı da ifadə edilib. O qeyd edib ki, 2012-2015-ci ildə çıxış edən və adı dopinq qalmaqalına qarışmış rusiyalı atletlər üçün aparılan təhqiqatın yekunları çox sərt olacaq. Lakin bu tədbirlər digər idmançıların Tokio Olimpiadasında iştirakı üçün əngəl törətməməlidir.
BOK-un sessiyasında Beynəlxalq Boks Assosiasiyası (AIBA) ilə məsələ də müzakirə olunub. Lakin bu təşkilatın gələcəyi ilə bağlı konkret qərar qəbul edilməyib. Boks üzrə milli federasiyaların yeni təşkilat yaratması ehtimalı da istisna edilməyib. Belə ki, AIBA özü də iflas ərəfəsindədir və hazırda onun borcları 16 milyon dollardır. BOK dəstəyi olmazsa, bu rəqəm iki dəfə arta bilər.

3376 oxunub

InvestAZ