XƏBƏR LENTİ
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024



Fərid Qayıbov beynəlxalq konfransın açılışında iştirak edib
İdman 10:10 / 19.09.2024

Yeni Delhi şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən "Antidopinqdə inklüziv landşaftın yaradılması" beynəlxalq konfransının açılış mərasimində iştirak edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni Delhidə İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının (COP9) IX Sessiyası Bürosunun ikinci rəsmi iclası da keçirilib. Fərid Qayıbov COP9 Bürosunun vitse-prezidenti olaraq toplantıda iştirak edib.

Qeyd edək ki, COP9 Bürosunun birinci rəsmi iclası bu il martın 5-6-da Bakıda təşkil olunub.


276 oxunub

InvestAZ