XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Formula 1 həftəsindən sonra Bakının bütün yolları tam olaraq açılıb
İdman 17:05 / 16.09.2024

Sentyabrın 13-15-də təşkil olunanFormula 1 Azərbaycan Qran-Prisi ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez – bu gündən sürücülərin istifadəsinə verilib.

Bakı Şəhər Halqasından (BŞH)verilən məlumata görə, BŞH Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq 24 saat tamam olmamış paytaxt Bakının yollarındakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində BHŞ ətrafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton blok aradan götürülür.

Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.



3283 oxunub

InvestAZ