XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Zaqreb Qran-Prisi üç medalla yadda qaldı
İdman 09:06 / 16.09.2024

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri keçirilib. 40 ölkədən 326 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıb. Millimiz yarışda qadınlar və kişilər arasında 7 çəki dərəsində 10 idmançı ilə təmsil olunub. Cüdoçular yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında çıxış ediblər. Üç gün davam edən yarış 1 gümüş və 2 bürünc medalla yadda qalıb. Komandamıza gümüş medalı Əhmər Yusifov (-60 kq) qazandırıb. Turan Bayramov (-60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıblar.


544 oxunub

InvestAZ