XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Yığmalarımız Şahmat Olimpiadasında Litva və Vyetnamla qarşılaşacaq
İdman 11:39 / 16.09.2024

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri növbəti görüşlərini keçirəcək. Kişilərdən ibarət yığmamız 6-cı turda Litva ilə qarşılaşacaq. Qadınlardan ibarət milli isə Vyetnam ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub - 1:3. Hesabında 8 xal olan komanda 9-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2. Milli 8 xalla 11-ci pillədə yer alıb.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.


9098 oxunub

InvestAZ