XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
İdman 11:04 / 17.09.2024

Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu ilə görüşüb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandalar üçün təlim-məşq mərkəzində təşkil olunan görüşdə qonağa idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları əsas əməkdaşlıq sahələri kimi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı keçirilib və hər iki ölkədə reallaşan beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilib.


10445 oxunub

InvestAZ