XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Zəka sahiblərimiz Şahmat Olimpiadasında mübarizəyə başlayırlar
İdman 11:12 / 11.09.2024

Azərbaycan milli komandaları Macarıstanın paytaxtı Budapeştdə start götürən Ümumdünya Şahmat Olimpiadasında bu gün mübarizəyə başlayacaqlar.

İlk turda kişi şahmatçılardan ibarət kollektiv İordaniya ilə qarşılaşacaq. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcəklər. Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək.

Qadınlardan ibarət komanda isə Nikaraqua seçməsini sınağa çəkəcək. Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şereşevski olacaq.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.



965 oxunub

InvestAZ