XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Millətlər Liqası: Komandamız bu gün İsveç yığması ilə qarşılaşacaq
İdman 10:56 / 05.09.2024

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq. 

Fernandu Santuşun baş məşqçisi olduğu komandamız C Liqasının I qrupunda Bakıda İsveç millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.

Bu qrupunun digər matçında Slovakiya yığması Estoniyanın qonağı olacaq. Oyun saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə doğma meydanda Estoniyanı sınağa çəkəcək.


1210 oxunub

InvestAZ