XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Voleybol yığmalarının formalaşdırılması üçün seçim xarakterli məşqlər keçirilib
İdman 11:06 / 05.09.2024

Sumqayıt şəhərində 2010-2011 və 2012-ci illər təvəllüdlü voleybolçu oğlanlardan ibarət yığma komandaların formalaşdırılması üçün seçim xarakterli məşqlər keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqlər Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən təşkil olunub.

Məşqlərdə 15 idmançı iştirak edib. "Sumqayıt RVK”nın, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci illər təvəllüdlü voleybolçularının iştirak etdiyi məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.


1323 oxunub

InvestAZ