XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
İdman 00:33 / 29.08.2024

Paris-2024 Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Yelisey Çölləri prospektində start götürən tədbirə Konkord meydanında yekun vurulub.

Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.

Açılış mərasimini 65 min tamaşaçı izləyib. 35 min tamaşaçı üçün ödənişli oturacaq yerləri quraşdırılıb. 30 min tamaşaçı mərasimi ödənişsiz izləyib.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək Paris Paralimpiadasında 7 növdə 18 idmançı ilə təmsil olunur.


1737 oxunub

InvestAZ