XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Bakıda beynəlxalq turnirə start verilib
İdman 13:39 / 28.08.2024

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, yarışdan əvvəl qurumun kollektivi və iştirakçılar Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, turnirə "Azəryol”, "Qarabağ” və "Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), "Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi qatılıb. "AHF Arena"da təşkil olunan yarışın mükafatçıları sentyabrın 1-də müəyyənləşəcək.


1850 oxunub

InvestAZ