XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Millimizin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib
İdman 11:16 / 14.08.2024

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.

16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.

Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın "Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək.

Avqustun 17-də "Düsseldorf ZOOS”la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.



18591 oxunub

InvestAZ