XƏBƏR LENTİ
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Paris-2024: 3x3 basketbol millimiz Fransaya məğlub oldu 
İdman 15:01 / 01.08.2024

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir. Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün növbəti oyununa çıxıb. Komandamız III turda Fransa basketbolçuları ilə üz-üzə gəlib. Oyun rəqib komandanın10:15 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız növbəti oyununu bu gün Almaniya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat20:30-da başlayacaq.

Xatırladaq ki, 3x3 basketbol komandamız ilk turda İspaniyaya 16:18 hesabı ilə uduzub,növbəti qarşılaşmada basketbolun yaradıcıları sayılan ABŞ millisi üzərində 20:17 hesablı qələbə qazançmışdı.


9432 oxunub

InvestAZ