XƏBƏR LENTİ
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
10 Oktyabr 2024



Paris:2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu
İdman 11:24 / 27.07.2024
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən badminton yarışlarına start verilib. 
Yarışda ölkəmizi təmsil edən badmintonçumuz Keişa Fatimə Zəhra da olimpiadada ilk oyununa çıxıb.
Təmsilçimiz "N" qrupunun ilk turu çərçivəsində çinli He Bing Jiao ilə üz-üzə gəlib. 
Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk 10-luğunda qərarlaşan idmançı hər iki setdə qalib gəlib -2:0 (21:8, 21:7).
Badmintonçumuz qrupda növbəti oyununu iyulun 29-u Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.

3889 oxunub

InvestAZ