XƏBƏR LENTİ
24 Dekabr 2025
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025



Basketbol millimiz Avropa çempionatının qrup mərhələsini məğlubiyyətsiz başa vurdu
İdman 14:32 / 11.07.2024

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

C divizionunda mübarizə aparan milli komandamız A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib. Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqəni təmin edən komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.


18362 oxunub

InvestAZ