XƏBƏR LENTİ
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025



AVRO-2024: İngiltərə millisi finala vəsiqə qazandı
İdman 01:08 / 11.07.2024

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında növbəti finalçının adına aydınlıq gəlib.  "Siqnal İduna Park"da keçirilən oyunda Niderland və İngiltərə yığmaları üz-üzə gəlib. Oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açıb. İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keynnin penaltidən vuruduğu qolla hesabı bərabərləşdirib. 90-cı dəqiqədə Olli Votkins fərqlənərək İngiltərə millisinə qələbə qazandırıb. Beləliklə, İngiltərə millisi finalda İspaniya yığmasına rəqib olub. Final qarşılaşması iyulun 14-də təşkil olunacaq. 


18317 oxunub

InvestAZ