XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Üç boksçumuz beynəlxalq yarışda bürünc medalı təmin etdi
İdman 16:15 / 15.05.2024

Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan millisinin 3 üzvü ilk görüşlərini qələbə ilə başa vurub.

Təmsilçilərimizdən Maqsud Xasmetov (60 kq) 1/4 final çərçivəsində rusiyalı Nurlan Səfərovu məğlub edib. Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.

Ümid Rüstəmov (57 kq) da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.

63,5 kq-da Ruslan Rüstəmov isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.

Boksçularımız yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.


5249 oxunub

InvestAZ