XƏBƏR LENTİ
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024



Paralimpiya çempionumuz üçün növbəti sınaq
İdman 11:01 / 05.09.2024

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın iki idmançısı mübarizə aparacaq.

100 metr məsafəyə qaçışda çempion olan T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafəyə qaçış üzrə yarışda bacarığını göstərəcək.

SB13 kateqoriyasında yer alan paraüzgüçü Vəli İsrafilov isə 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmədə gücünü yoxlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. "Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.


1214 oxunub

InvestAZ