XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Bu gün Premyer Liqada 34-cü tura yekun vurulacaq
İdman 10:15 / 12.05.2024

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulacaq.

Turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə meydana "Qəbələ" və "Sabah" klubları çıxacaq. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. Oyunun baş hakimi Elçin Məsiyev olacaq. Əyalət təmsilçisi 33 oyundan 20 xalla sonuncu - 10-cu pillədə qərarlaşır.Aktivində 52 xalı olan "Sabah" isə 4-cüdür.

Turun son oyunu Mehdi Hüseynzadə adınaSumqayıt şəhər stadionunda keçirilib. "Sumqayıt" klubu doğma meydanda "Səbail"i qəbul edəcək. Saat 19:30-da start veriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək. "Sumqayıt" 33 oyundan 51 xal toplayaraq beşinci pillədə qərarlaşıb. Aktivində 42 xalı olan "Səbail" isə yeddincidir.


4205 oxunub

InvestAZ