XƏBƏR LENTİ
13 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Bakının dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub
İdman 20:13 / 20.04.2024

Aprelin 20-də Gənclər və idman naziri Fərid Qayıbov Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələrini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar ölkəmizdə olduqları müddətdə Bakıda fəaliyyət göstərən idman qurğuları ilə tanış olduqlarını qeyd ediblər.

Görüşdə 2026-cı il Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq titullara ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsinin olduğu qeyd edilib.


10772 oxunub

InvestAZ