XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırılıb
İdman 19:53 / 04.03.2024

"İdman həftəsi” çərçivəsində "Qürurla irəli!” şüarı ilə Xankəndidə start götürən ultramarafona bu gün Bakıda yekun vurulub. Azərbaycan təmsilçisi Artyom Əliyev 380 kilometrlik məsafənin finiş xəttinə hamıdan birinci çataraq marafonun qalibi olub. Yadigar Hüseynov ikinci, Seymur Şahbazov isə üçüncü yeri tutub. Yarışdan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

İlk üç yerin sahibinə müvafiq olaraq, 8 min, 5 min və 3 min manat pul mükafatı verilib.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası və "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birgə təşkil etdiyi yarış "İdman həftəsi” və "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilib. Fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalı, digərləri isə Azərbaycan təmsilçiləridir.




2575 oxunub

InvestAZ