XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Atletlərimiz lisenziya yarışında yeni Azərbaycan rekordunu müəyyənləşdirib
İdman 16:50 / 12.02.2024

Türkiyənin İstanbul şəhərində atletika üzrə 28-ci Balkan Qış Çempionatı keçirilib. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 21 ölkədən 239 (131 kişi, 108 qadın) idmançı mübarizə aparıb.

Ölkəmiz yarışda 5 idmançı ilə təmsil olunub.

Atletlərimizdən Rüstəm Məmmədov üçtəkənla tullanma yarışlarında 10-cu (15.28 m), Kəsgin Abbaszadə uzunluğa tullanmada 13-cü (7.07 m), Əlhəm Nağıyev 60 m məsafəyə qaçışda 16-cı (7.01 san), Lamiyə Vəliyeva isə 400 m məsafəyə qaçışda 8-ci yeri (56.14 san) tutub.

Lamiyə Vəliyeva bu nəticə ilə U23 və böyüklər arasında yeni Azərbaycan rekordunu müəyyənləşdirib.

Üçtəkənla tullanma yarışlarında iştirak edən komandamızın digər üzvü Yekaterina Sarıyeva isə zədə səbəbi ilə mübarizəni yarımçıq dayandırıb.



6165 oxunub

InvestAZ