XƏBƏR LENTİ
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



EEVZA: voleybolçularımız ikinci oyunda da məğlub oldu 
İdman 18:23 / 06.12.2023

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyunu keçirib. Komandamız Gürcüstanın Telavi şəhərində təşkil olunan oyunda Ukrayna voleybolçuları ilə üz-üzə gəlib. Cəlil Baxtiozinin baş məşqçisi olduğu komandamız 0:3 (7:25, 17:25, 18:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız ilk görüşdə Polşaya da eyni hesabla məğlub olmuşdu.


11380 oxunub

InvestAZ