XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Elnur Kələntərov: “Milli Olimpiya Komitəsinin təməli möhkəm, güvənli sütunlar üzərində qurulub”
İdman 21:30 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya himninin layihə rəhbəri Elnur Kələntərov bu münasibətlə yubiley təəssüratlarını "Olimpiya dünyası” qəzeti ilə bölüşüb.

"Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə MOK-un kollektivini təbrik edirəm. Bu komitə uzun illərdir ki, çox etibarlı əllərdədir. Milli Olimpiya Komitəsinin təməli möhkəm, güvənli sütunlar üzərində qurulub və bu gün də uğurla inkişaf etdirilir. MOK mənim həyatımda da çox önəmli bir rol oynayıb. Mən Azərbaycan Olimpiya ənənələrinin, 1952-ci ildən başlayan Olimpiya Oyunlarından 2000-ci illərə qədər üç seriyalı "Olimpiyaçılar” filminin baş prodüseri olaraq fəaliyyət göstərmişəm. MOK-un sponsoru olduğu "Sportline” proqramının aparıcısı olmuşam. Mənim üçün fəxrdir ki, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevdən müəllifi olduğum "Yolumuz Afinayadır” adlı film üçün geniş müsahibə alan ilk jurnalistəm. 2002-ci ildə Milli Olimpiya Komitəsinin Olimpiya himninin müəllifi, layihə rəhbəriyəm.

Çox xoşbəxtəm ki, bu hadisədən 20 il sonra Çingiz müəllimin rəhbərliyi ilə bu layihə yenidən mənə həvalə olundu. Milli Olimpiya komitəmizin himnini yeni aranjemanda, Azərbaycanda analoqu olmayan ən müasir yeni qrafika ilə hazırladıq. Bu klip yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Çox xoşbəxtəm ki, mənim həyatımda Milli Olimpiya Komitəsi belə bir iz buraxıb və mən də bu idman ailəsinin kiçik bir üzvüyəm. Azərbaycanda Olimpiya Hərəkatının, idmanın geniş vüsət almasında mənim də az da olsa payım var”, - deyə Elnur Kələntərov bildirib.

Azər Əlizadə

50390 oxunub

InvestAZ