XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Toğrul Əsgərov: “İdmançılara göstərilən diqqət və qayğı bu 30 ildə böyük qələbələrin qazanılmasına şərait yaradıb”
İdman 19:07 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Toğrul Əsgərov bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.
"Biz idmançıların uğurlarında və Azərbaycan idmanının inkişafında Milli Olimpiya Komitəsinin böyük rolu var. İdmançılara göstərilən diqqət və qayğı bu 30 ildə böyük qələbələrin qazanılmasına şərait yaradıb. Hər zaman biz idmançılar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qayğısını hiss etmişik. Bunun üçün də ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsini və idman ictimaiyyətini yubiley münasibəti ilə təbrik edirəm. Bu, möhtəşəm idman bayramıdır. Arzu edirəm ki, idmançıların daim sevimli məkanına çevrilən Milli Olimpiya Komitəsi daha böyük yubileylərini qeyd etsin”, - deyə Toğrul Əsgərov bildirib.

Azər Əlizadə 
29827 oxunub

InvestAZ