XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Mən FİFA prezidenti olsaydım, bu komandanı siyahıdan çıxarardım»
İdman 18:34 / 11.11.2022
FİFA-nın keçmiş prezidenti Yozef Blatter İranın Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalı olduğunu bildirib.

"Blick" nəşrinə verilən açıqlamada qeyd olunur, ölkə daxilində qadınların hüquqları pozulduğu, Rusiyaya silah satıldığı üçün belə bir qərar verilməlidir: "İran Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırılmalıdır. Mən FİFA prezidenti olsaydım, bu komandanı siyahıdan çıxarardım”.

Xatırladaq ki, daha əvvəl Ukrayna Futbol Assosiasiyası İranın dünya çempionatında iştirakına qadağa qoyulması xahişi ilə FİFA-ya müraciət etmişdi. Avropada da dünya çempionatında İranı İtaliya ilə əvəzləmək çağırışları olub.

İran millisi İngiltərə, Uels və ABŞ-la birlikdə B qrupunda mübarizə aparacaq.

30114 oxunub

InvestAZ