XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Elnur Məmmədli: “Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük”
İdman 18:13 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.
"Azərbaycan Milli Olimpiya Komitəsi 30 il ərzində həqiqətən də böyük işlər görüb. Ən ağır vaxtlarımızıdan çempionluğa qədər həmişə Milli Olimpiya Komitəsindən dəstək görmüşük. Bu gün dövlətimizin idmana qayğısı göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva hər zaman biz idmançıları arenalardan dəstəkləyib. Bu idmançılar üçün əlavə stimuldur. Bu gün idmançıların ölkə rəhbərliyi tərəfindən sosial şəraiti yaxşılaşdırılıb, onlar mənzillərlə mükafatlandırılıblar. Milli Olimpiya Komitəsindən həmişə dəstək görmüşük. Yubiley münasibəti ilə Milli Olimpiya Komitəsinin kollektivini təbrik edirəm”, - deyə Elnur Məmmədli bildirib.

Azər Əlizadə

23411 oxunub

InvestAZ