XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Mansurov: “Bu şanlı tarixin hər bir səhifəsinə parlaq qələbələr yazılıb”
İdman 17:21 / 11.11.2022

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Dövlət Bədən Tərbiyəsi vəİdman Akademiyasının idman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.

"Bir neçə gündən sonra Milli Olimpiya Komitəsi 30 illik yubileyini qeyd edəcək. Bu şanlı tarixin hər bir səhifəsinə parlaq qələbələr yazılıb. Cənabİlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman və Olimpiya Hərəkatı inkişaf etdi. Ölkəmiz bu illər ərzində I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Olimpiya Festivalına və bir sıra dünya, Avropa çempionatlarına uğurla ev sahibliyi edib. Bu isə Milli Olimpiya Komitəsinin, ümumilikdə isə Azərbaycan idmanının yüksəlişinin təzahürüdür. Mən 30 illik yubiley münasibətilə MOK-un rəhbərliyini, bütün idman ictimaiyyətini və idmançılarımızı təbrik edirəm.İnanıram ki, uğurlarımız bundan sonra da bir-biriniəvəz edəcək”, - deyə Fərid Mansurov bildirib.

Azər Əlizadə



22953 oxunub

InvestAZ