XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Namiq Abdullayev: “Doğma komitəmizə bundan sonra da möhtəşəm zəfərlərlə yadda qalan yubileylər arzu edirəm”
İdman 16:09 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi, Olimpiya çempionu Namiq Abdullayev
bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.
"1997-ci ildən etibarən cənab İlham Əliyevin rəhbərlik etdiyi MOK idmanın inkişafı üçün böyük addımlar atıb. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqət bizi bir idmançı, bir vətəndaş kimi çox sevindirir. Cənab Prezidentin hər ilin yekunlarında idmançılarla görüşməsi, onların qayğıları ilə maraqlanması biz idmançılar və mütəxəssislər üçün stimuldur. Bunun üçün cənab Prezidentə minnətdarlığımı bildiririəm. Milli Olimpiya Komitəsininin rəhbərliyini və kollektivini 30 illik yubiley münasibəti ilə təbrik edir, bu günə qədər idmanın inkişafında gördüyü əvəzsiz xidmətlərinə görə təşəkkür edirəm. Doğma komitəmizə bundan sonra da möhtəşəm zəfərlərlə yadda qalan yubileylər arzu edirəm”.

Azər Əlizadə


23912 oxunub

InvestAZ