XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rəfiqə Şabanova: “Azərbaycan idmanı pillə-pillə yüksəlişlərə nail oldu”
İdman 15:04 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Rəfiqə Şabanova bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.
"Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlu işlər həyata keçirildi. Azərbaycan idmanı demək olar ki, pillə-pillə yüksəlişlərə nail oldu. 30 il ərzində baş verən dəyişikliklər və uğurlar biz idmançıların gözü qarşısında baş verib. Artıq Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu isə Milli Olimpiya Komitəsinin danılmaz xidmətlərinin nəticəsidir. 30 illik yubiley münasibəti ilə Milli Olimpiya Komitəsini təbrik edir və ölkə idmanının inkişafı naminə yeni-yeni qələbələr arzulayıram”, - deyə R.Şabanova bildirib.

Türkay Niftəliyeva


24471 oxunub

InvestAZ