XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Lyudmila Şubina: “Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir”
İdman 13:39 / 11.11.2022
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Olimpiya çempionu Lyudmila Şubina bu münasibətlə "Olimpiya dünyası” qəzeti ilə yubiley təəssüratlarını bölüşüb.
"Azərbaycanda idmanın böyük ənənələri var. İdmançılarımız istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra müxtəlif yarışlarda uğurla çıxış ediblər. Ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsində idmançıların həyat tərzi, məişət şəraiti yaxşılaşdırılıb. Bu gün Milli Olimpiya Komitəsi beynəlxalq aləmdə xüsusi nüfuza malikdir. Fürsətdən istifadə edib Milli Olimpiya Komitəsini yubiley münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayıram”, - deyə Olimpiya çempionu qeyd edib.

Türkay Niftəliyeva

27131 oxunub

InvestAZ