XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zemfira Meftaxetdinova: “MOK-un fəaliyyəti həqiqətən də çox genişdir”
İdman 11:52 / 11.11.2022

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova yubiley münasibəti ilə təəssüratlarını "Olimpiya dünyası" qəzeti ilə bölüşüb.
"Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması hər bir idmançı üçün əsl bayram oldu. Ölkə idmançıları SSRİ dövründə beynəlxalq yarışlarda Sovet İttifaqı bayrağı altında mübarizə aparırdılar. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan Milli Olimpiya Komitəsi yarandı. Bundan sonra isə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edir, dövlət himnimizi səsləndirirlər. Məhz müstəqillik əldə etdikdən sonra ölkədə idmana olan qayğı və diqqət yüksək səviyyəyə çatıb. Belə ki, ölkəmizdə paytaxtla yanaşı, müxtəlif regionlarımızda yeni idman kompleksləri istifadəyə verilir, müasir standartlara uyğun ən son idman avadanlıqları gənclərimizə təqdim olunur. Yəni, bir sözlə, idman hamı üçün əlçatandır. Bizim ən əsas məqsədimiz gələcəkdə ölkəmiz üçün xidmət edən sağlam bir nəsil yetişdirməkdir. Bunun üçün isə ölkə başçısı İlham Əliyev idmançılarımız və yetişən gənc nəsil üçün hər cür şərait yaradır. İdmanın inkişaf etməsinin ən əsas göstəricisi isə qazanılan medallardır. Artıq bu illər ərzində idmançılarımız Olimpiya Oyunlarında, eləcə də müxtəlif beynəlxalq yarışlarda bayrağımızı dəfələrlə zirvələrə qaldırıblar. Təbii ki, bu da ölkədə idmana olan qayğının bariz nümunəsidir. Milli Olimpiya Komitəsi də idmançıları daim diqqətdə saxlayır, uşaq və gənclər arasında müxtəlif səpkili yarışlar, tədbirlər təşkil edir. MOK-un fəaliyyəti həqiqətən də çox genişdir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla ölkəmizin idman ictimaiyyətini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, idmançılarımız beynəlxalq yarışlarda, xüsusi ilə Olimpiya Oyunlarında qələbə qazanaraq hər kəsi sevindirsinlər”, - deyə Z.Meftaxetdinova qeyd edib.

Türkay Niftəliyeva



24198 oxunub

InvestAZ