XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Erməni idmançı boksçumuzla döyüşə çıxmaqdan imtina etdi
İdman 13:04 / 11.11.2022
Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnir davam edir. Yarışda mübarizə aparan idmançımız Məsud Yusifzadənin (51 kq) 1/4 finaldakı rəqibi erməni idmançı Armen Quşçiyan olub. Lakin erməni idmançı azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib.Bu səbəbdən Azərbaycan təmsilçisi Məsud Yusifzadə döyüş keçirmədən yarımfinala vəsiqə qazanıb. M.Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də təşkil olunacaq. 16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçu 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından M.Kazımzadə yarışla vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də keçiriləcək .


26401 oxunub

InvestAZ