XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mini futbol üzrə çempionata yekun vurulub 
İdman 11:22 / 11.11.2022
Siyəzəndə yeniyetmələr arasında 3x3 mini futbol üzrə çempionatın qalibləri müəyyənləşib. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin 12 Noyabr - Konstitusiya Günü münasibətilə təşkil etdiyi yarışda 2009-2010-cu il təvəllüdlü yeniyetmələr mübarizə aparıblar.
Yarışın məqsədi futbola marağın artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinə cəlb olunması, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunların nəticəsinə əsasən "Aslanlar” komandası I, "Vikinqlər” komandası II, "Dağlılar” komandası isə III olub.
Yarışda mükafatçılar sırasında yer alan komandaların üzvləri təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olunublar.


26610 oxunub

InvestAZ