XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkəmizdə cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb
İdman 10:37 / 11.11.2022
Ölkəmizdə cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb
Azərbaycan Cüdo Federasiyası ölkədə cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.
Federasiyadanverilən məlumata görə, bu, "Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Noyabrın 6-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mauris Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının söndürülməsi mərasimi həyata keçirilib.
"Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarus Respublikasının Bobruysk şəhərinin "Bobruisk Integrated Printing House” çap evində 48 000 ədəd tirajla çap olunub. Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklindədir.


25331 oxunub

InvestAZ