XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçuların paytaxt çempionatına start verilir
İdman 10:03 / 11.11.2022
Bu gün qadınlar və kişilər arasında cüdo üzrə Bakı şəhər çempionatına start veriləcək. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 303 (262 kişi, 41 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi cari ilin 2-5 dekabrında keçiriləcək Azərbaycan çempionatına namizədlərin seçimidir. Eyni zamanda gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

28849 oxunub

InvestAZ