XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şumaxerin bolidi hərracda rekord qiymətə satıldı
İdman 21:39 / 10.11.2022
Almaniyalı formula 1 pilotu Mixael Şumaxerin bolidi Cenevrədə keçirilən hərracda 13 milyon İsveçrə frankına (13,2 milyon dollara) satılıb. Əfsanəvi pilot "Ferrari F2003-GA” bolidi 2003-cü il mövsümündə 6-cı Formula 1 dünya çempionluğunu qazanmışdı. Avtomobilin müasir Formula 1 bolidi üçün rekord qiymətə satıldığı bildirilib. İlkin olaraq hərrac evi avtomobilin dəyərini 7,5 milyon - 9,5 milyon İsveçrə frankı (7,6 milyon dollar - 9,6 milyon dollar) qiymətləndirib.
Qeyd edək ki, M.Şumaxer "Benetton”la iki dəfə (1994, 1995), "Ferrari” ilə beş dəfə (2000-2004) olmaqla toplam 7 dəfə Formula 1 çempionu olub.


34275 oxunub

InvestAZ