XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçumuzdan uğurlu start
İdman 15:07 / 10.11.2022
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. 16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb. Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) ilə üz-üzə gəlib. Dörddəbir final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb.
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən E.Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.
Qeyd edək ki, turnirdə final döyüşləri noyabrın 13-də olacaq.


25664 oxunub

InvestAZ