XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zona yarışları başa çatdı
İdman 10:25 / 10.11.2022
Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçikyaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına yekun vurulub. Zəfər Gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygöl həndbolçuları bacarıqlarını göstəriblər.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın final görüşündə Göygöl və Şirvan komandaları qarşılaşıblar.

Daha yaxşı oyun nümayiş etdirən Göygöl həndbolçuları 2-1 hesabı ilə qalib gəliblər. Beləliklə, yarışın nəticələrinə əsasən "Göygöl” 7 xalla 1-ci, "Şirvan” 6 xalla 2-ci, "Gəncə 1” komandası 5 xalla 3-cü yeri tutub.

Bağlanış mərasimində yarışın əhəmiyyətindən söz açan Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov qalibləri təbrik edərək final mərhələsinə məsuliyyətlə hazırlaşmağı tövsiyə edib.

Qeyd edək ki, zona yarışlarının finalçıları gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.


22821 oxunub

InvestAZ